Bütün dövlətlər, xüsusilə Orta Asiya ölkələri, Orta dəhlizin əhəmiyyətini və müvafiq infrastrukturunun olmasını başa düşür.
"Fins.az" xəbər verir ki, bunu Bakı Limanının baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, infrastruktur olan ölkələr Orta dəhlizdə aktiv iştirak edə biləcək.
"Lakin infrastrukturu olmayanlar, bütün Orta Asiya ölkələri, bizim qonşular da, bu infrastrukturun hazır olmasında ciddi işlər görürlər", - Taleh Ziyadov vurğulayıb.
Baş direktor əlavə edib ki, Azərbaycan bu işləri 10 il öncə görüb: "Ölkədə müasir liman, hava limanları, gəmilər, dəmir yolu var. Amma görüləsi işlər də var. Hansılar ki, həyata keçirilməsi üzrə tapşırıqlar verilib. Bundan sonrakı işlər, əlbəttə ki, qonşu ölkələrlə infrastrukturun inteqrasiyasıdır".
(c)APA