Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) “Azersky” peykinin bütün risklərdən sığortalanması xidmətlərinin satın alınması üzrə tender elan edib.
“Fins.az" xəbər verir ki, tender elanına əsasən, “Azersky” peykinin sığortalanması xidmətləri 1 il müddətinə (01.01.23 – 01.01.24) nəzərdə tutulub.
Sığorta olunacaq əmlakın dəyəri 24.3 milyon avrodur.
Tender təklifləri 19 dekabr saat 13:00-dək qəbul olunacaq, təklif zərfləri 20 dekabr saat 13:00-da açılacaq.
İştirak haqqı 450 manatdır.