Hindistanda neft emalı şirkətləri Rusiya neftinə qarşı sanksiyaların tətbiqindən əvvəl sifarişlərini artırıblar. "Fins.az" xəbər verir ki, lAvropa İttifaqının Rusiya neft ticarətində limitli qiymət tətbiqinin dekabrın 5-dən etibarən həyata keçirilməsi planlaşdırılır.
Hindistan şirkətləri Rusiya neftinin son anda almaq niyyətindədir.
Bloomberg-in hesabatına görə, Hindistanda yerləşən neft emalı şirkətləri Rusiya neftinə qarşı sanksiyaların yeni mərhələsi başlamazdan əvvəl sifarişlərini artırıb.
Xəbərə görə, ən azı 4 Hindistan şirkəti dekabrın 5-də yüklənəcək və yanvarın 19-da təhvil veriləcək Rusiya neftini almaq cəhdi edib.
Müşahidə olunub ki, qeyd olunan tarixlər ABŞ-ın Rusiya nefti üçün qiymət tavanı çərçivəsində neft alışları üçün müəyyən edilmiş dövrlərlə ziddiyyət təşkil etmir.
Qiymət limiti dekabrın 5-dən etibarən həyata keçiriləcək daşımalar üçün etibarlı olacağı nəzərdə tutulur. ABŞ və Böyük Britaniya tərəfləri əvvəlki açıqlamalarında qiymət tavanı gəlməmişdən əvvəl həyata keçirilən daşımalar üçün yanvarın 19-na qədər müddət veriləcəyini bildirib.