SƏNAYE

21 Noyabr

Çində koronavirus məhdudiyyətlərinə görə neft ucuzlaşıb

Çində davam edən koronavirus məhdudiyyətlərinə görə ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 1,02 % ucuzlaşaraq 1 bareli 86,73 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,86 % düşüb və 1 bareli 79,42 ABŞ dolları təşkil edib.

Bazarlar Çində koronavirusla bağlı vəziyyətin pisləşməsinə və Çin iqtisadiyyatına, eləcə də dolayı yolla neftə olan tələbə mənfi təsir göstərən koronavirus məhdudiyyətlərinə diqqət yetirir. Belə ki, həftəsonu Çində son 6 ayda ilk dəfə koronavirusdan ölüm halları qeydə alınıb.