Noyabrın 15-də Rusiya şirkəti “Qazprom” SOCAR ilə yeni sazişə əsasən Azərbaycana qaz tədarükünü (ixracını) bərpa edib.
Məlumata görə noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb.
2023-cü ilin mart ayına qədər Rusiyadan Azərbaycana 1 milyard kubmetrə qədər mavi yanacaq ixrac ediləcəyi qeyd olunur.
Azərbaycan 2019-cu ildə “Şahdəniz” yatağının ikinci mərhələsinin işə salınmasından sonra Rusiya yanacağının idxalını dayandırmışdı.
SOCAR Azərbaycanın ən böyük dövlət neft-qaz şirkətidir.