SƏNAYE

18 Noyabr

“Şimal axını”nda partlayıcı maddə qalıqları tapıldı

““Şimal axını” qaz boru kəmərində partlayışlar təxribat səbəbindən baş verib”.

 Fins.az xəbər vetir ki, bu barədə İsveç prokurorluğu məlumat yayıb.

Bildirilir ki, kəmərin yaxınlığında partlayıcı maddənin qalıqları aşkar olunub. 

“Partlayışlar nəticəsində qaz kəmərlərinə əhəmiyyətli dərəcədə ziyan dəyməsi dəqiq olaraq sənədləşdirilib”, - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Avropa İttifaqı, həmçinin bəyan edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, qəsdən törədilmiş hərəkətlərin nəticəsidir.

Rusiya Prezidenti Vladimir Putin isə oktyabrın 10-u bildirib ki, Rusiyanın “Şimal axını” qaz kəmərlərində baş verən partlayışla bağlı araşdırmada iştirakına icazə verilmir.