Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, dekabr ayında təbii qazda qiymət dəyişikliyinin olmayacağını bildirib.
"Fins.az" xəbər verir ki, Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez NTV telekanalına açıqlama verib.
Dönmez, dekabr ayında təbii qaz qiymətlərində artım olmayacağını ifadə edib. Dönmez, "Burada ilk növbədə qlobal qiymətlərə baxmaq lazımdır. Pandemiyadan əvvəl və sonraya nəzər salsaq təbii qazda anormal artımlar oldu. Ukraynada müharibə qısa zamanda bitərsə, bazar rahatlaşacaq.Proqnozlaşdırıla bilən qiymət proqnozu yoxdur, çox dəyişkənlik var.Amma yay aylarında yüksək səviyyənin gerilədiyini görürük. Ancaq bunun müvəqqəti və ya daimi olacağını görəcəyik. Amma dekabr ayında təbii qazda artım olmayacaq'',-deyə qeyd edilib.
Müəllif:Aynur Qəniyeva