SƏNAYE

17 Noyabr

Masallı Sənaye Məhəlləsində yeni istehsal sahəsi yaradılır

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.

"Fins.az" Agentliyə istinadən xəbər verir ki, bu, “SADIQ 06” MMC-dir.

Son nəticədə Məhəllənin rezidentlərinin sayı 10-a çatıb.

Yeni şirkət ərazidə tütünün quruldulması və emalını həyata keçirən müəssisə inşa edəcək. İnvestisiya dəyəri 1,9 milyon manat olan müəssisədə 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.