SƏNAYE

16 Noyabr

Peşə Təhsil Mərkəzinin tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-də təcrübə keçəcək

 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi arasında əməkdaşlığa dair razılaşma protokolu imzalanıb.
"Fins.az" xəbər verir ki,  razılaşma protokolunun əsas məqsədi elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsi, bu xüsusda birgə proqramların təşkili, innovativ təşəbbüslərin reallaşdırılması və digər məsələlər ilə bağlı birgə fəaliyyətin göstərilməsidir.
Eyni zamanda, razılaşma sənədi çərçivəsində Peşə Təhsil Mərkəzinin tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-də təcrübə keçəcək, təcrübə prosesində fəallıq göstərən tələbələr işlə təmin ediləcəklər.