SƏNAYE

10 Noyabr

ABŞ-ın kommersiya neft ehtiyatları artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 3 925 min barel artaraq, 440 755 min barel təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 360 min barel artacağını proqnozlaşdırırdı.