SƏNAYE

02 Noyabr

Ağdamda dəmir yolu avadanlıqları istehsal ediləcək

Ağdam Sənaye Parkının yeni rezidenti “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək.

Bu barədə "Fins.az"a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.

Qeyd edilib ki, layihə çərçivəsində müxtəlif növ dəmir yolu avadanlıqları istehsal ediləcək.

İnvestisiya dəyəri 5,7 milyon manat olan müəssisədə 45 daimi iş yeri açılması nəzərdə tutulur.

Müəssisədə istehsal olunan məhsullarin daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.