SƏNAYE

02 Noyabr

BP Azərbaycanda qazla işləyən stansiyaları bərpa olunan enerjiyə transformasiya edəcək

“Azad olunmuş ərazilərdə günəş enerjisi mənbəyi yaradılıb. Bu, enerji mənbəyi Səngəçaldakı əməliyyatlarımızı elektrik enerjisi ilə təmin edəcək”.
 
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu həmçinin, sahənin karbonsuzlaşdırılmasına xidmət göstərəcək.
“Azərbaycanda karbon emissiyasını azaldacağıq. Biz qazla işləyən stansiyalarımızı bərpa olunan enerji ilə transformasiya edəcəyik. Bu da bizim emissiyamızı 11% azaldacaq, gələcəkdə karbohidrogen sahəsinin də təmizlənməsinə xidmət edəcək. Azərbaycanda tətbiq edəcəyimiz digər istiqamət sənayedə aşağı karbon emissiyasıdır. Energetika Nazirliyi ilə birgə “Yaşıl enerji”yə investisiyaları nəzərdən keçiririk”, - deyə K.Allan vurğulayıb..
(c)APA