Azərbaycanda 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücündə payının 30%-ə çatdırılması hədəfi aşıla bilər.
Fins.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bərpa olunan enerji mənbələrinin qoyuluş gücündə payın 17% (elektrik enerjisinin istehsalında isə 6%), lakin bu göstəricinin 2030-cu ilə qədər 30%-ə çatdırmaq planlaşdırılır.
“Amma bizə elə gəlir ki, biz bu hədəfi aşacağıq və bu istiqamətdə də işlər görülür”, - nazir müavini vurğulayıb.
Elnur Soltanov qeyd edib ki, 240 MVt gücündə Xızı-Abşeron” külək elektrik stansiyası, “Qaradağ” və “Şəfəq” günəş elektrik stansiyaları layihələri ilə yanaşı, 2037-ci ilə qədər 10 QVt gücündə (quruda 4 QVt, dənizdə isə 6 QVt gücündə) bərpa olunan enerji stansiyalarının tikintisi sahəsində işlərə başlanılıb.
Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanın qoyuluş gücü 8 QVt təşkil edir.