SƏNAYE

02 Noyabr

Nazir müavini: Yaşma ərazisində 500 meqavatlıq yeni stansiyanın ən yeni texnologiyalarla tikilməsi nəzərdə tutulur.

Yaşma ərazisində 500 meqavatlıq yeni stansiyanın ən yeni texnologiyalarla tikilməsi nəzərdə tutulur. 

 "Fins.az" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirəsində çıxışı zamanı deyib. 

O bildirib ki, yeni stansiyada təbii qazın istehlakı 200 qrama düşəcək: " Köhnə stansiyalarda bu rəqəm 300 qaramdır və bir il üçün 100 qram böyük rəqəmdir. Köhnə stansiyaların yeni stansiyalarıa əvəz edilməsi böyük vəsait hesabına keçirilir və xüsusilə Yaşmada özəl investisiyanın hesabına həyata keçirməyi planlaşdırırıq. Çünki bir meqavat bir milyonla ölçülsə, 500 meqavatlıq stansiya yarım milyard yatırım deməkdir və bu kifayət qədər böyük pullardır. Özəl investisiyaları cəlb etməklə həm təbii qaza qənaət,həm də digər istixana qazlarının azaldılması, həm də ixrac üçün əsas yaradırıq ".