Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.
Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə ("Rail Trans Service" MMC, "Mister Decor" MMC, "Almet Holding" QSC və "Eel Electric" MMC) 250-dən çox daimi iş yeri yaradılacaq", - nazir qeyd edib.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.