SƏNAYE

02 Noyabr

Tullantıların təkrar emalının əhatə dairəsinin 20%-ə çatdırılması hədəflənib-NAZİR MÜAVİNİNDƏN AÇIQLAMA

Tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20%-ə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi,

 “Fins.az” xəbər verir ki, bunu BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçiriləcək “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib

O bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit” və ”yaşıl enerji” milli inkişaf prioritetləri olaraq seçilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib.

Nazir müavininin sözlərinə görə növbəti orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20%-ə çatdırılması, o cümlədən regionlarda 10% təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub.

Müəllif:Aynur Qəniyeva