SƏNAYE

01 Noyabr

Səudiyyə Aramco 42,4 milyard dollar xalis mənfəət əldə edib

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ilin üçüncü rübündə xalis mənfəəti neft qiymətləri yüksək olduğu üçün əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 42,4 milyard dollara çatıb.

"Fins.az" xəbər verir ki,şirkət səhmdarlarına  dünyada ən yüksək 18,8 milyard dollar ödəniş edəcək.
Saudi Aramco 2022-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Dünyanın ən dəyərli şirkətlərindən biri olan Aramco, 2022-ci ilin iyul-sentyabr dövründə xalis mənfəətini illik 39% artıraraq 42,4 milyard dollara çatdırıb.