SƏNAYE

31 Oktyabr

"SOCAR Polymer"in ixrac gəlirləri 15%-dən çox azalıb

2022-ci ilin yanvar-sentyabr aylarında "SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 146,3 milyon dollar təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi  “İxrac icmalı”nın oktyabr sayında məlumat verilib. 

Bu, ötən ilin eyni dövrünə nisbətən 15,1% və ya 26,1 milyon dollar azdır. Belə ki, MMC 2021-ci ilin doqquz ayında 172,4 milyon dollarlıq məhsul ixrac etmişdi.