SƏNAYE

31 Oktyabr

Qeyri-neft sektoru üzrə ən çox bu mal ixrac olunub-SİYAHI

2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  163,5 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirilməsində karbamid  birinci olub.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi  “İxrac icmalı”nın oktyabr sayında məlumat verilib. 

Bildirilir ki, bu siyahıda 147,1 milyon ABŞ dolları həcmi ilə pambıq mahlıcı, ikinci, tomat (pomidor) 134,3 milyon ABŞ dolları həcmi ilə üçüncü yerdə qərarlaşıb.