Neft sənayesinə investisiyalar sıfıra endirilsə qlobal neft hasilatı hər il gündəlik 5 mln. barel azalacaq.
Bu barədə BƏƏ-nin sənaye naziri və Əbu-Dabinin dövlət neft şirkəti ADNOC-un baş direktoru Sultan Əhməd Əl Cabir açıqlama verib.
"Məlumatlar açıq şəkildə göstərir ki, əgər biz karbohidrogenlərə investisiyaları sıfıra endirsək, o zaman hasilatın təbii azalması səbəbindən biz hazırkı hasilat səviyyəsindən hər il gündə 5 mln. barel neft itirəcəyik. Bu il yaşadığımız şok bizə kiçik bir titrəyiş kimi görünəcək ", - Sultan Əl Cabir qeyd edib.
Onun sözlərinə görə, cari il dünya iqtisadiyyatının tərəqqisinin təmin edilməsində enerji təhlükəsizliyi məsələsinin əsas olduğunu əyani şəkildə göstərdi. Və 2045-ci ilə qədər dünya əhalisinin proqnozlaşdırılan artımının 9,5 mlrd. nəfərə çatacağını nəzərə alsaq, dünya indikindən 30% daha çox enerji istehsal etməlidir.a