SƏNAYE

27 Oktyabr

Seçin “SOCAR”ı “Vostok Oil” layihəsində iştiraka dəvət edib

“Rosneft”in rəhbəri İqor Seçin SOCAR şirkətini Krasnoyarsk diyarının şimalında “Vostok Oil” layihəsində iştiraka dəvət edib.

 Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı Seçin qeyd edib ki, “Vostok Oil” layihəsinin reallaşdırılması öncədən bəyan edilmiş qrafik çərçivəsində davam edir. “Dostlarımızı, o cümlədən “SOCAR”dan həmkarlarımızı bu layihə iştrakçıları qismində görməyə şad olarıq”, - o bildirib.

“İnfrastrukturun inkişafı ilə 2021-ci ildə Rusiya neftinin Çin və Hindistana ixracı 80 milyon tonu ötüb. “Vostok Oil” layihəsinin reallaşdırılmasına çıxış Cənub-Şərqi Asiya, Hindistan və Çin bazarlarının artan tələbatını təmin etməyə imkan yaradacaq”, - Seçin əlavə edib.

(c)interfax Azerbaijan