SƏNAYE

27 Oktyabr

ABŞ Rusiya nefti üçün qiymət limitini yuxarıya doğru nəzərdən keçirir

ABŞ prezidenti Co Bayden administrasiyası bir çox ölkələr ilə razılığa gələ bilmədiyi üçün Rusiya nefti üçün nəzərdə tutulan qiymət tavanına yenidən yuxarıya doğru baxmağa məcbur olub.

Fins.az xəbər verir ki, u barədə çərşənbə günü Bloomberg məlumat yayıb.

Rusiya neftinin qiymət həddinin dekabrın 5-dək qüvvəyə minməsi nəzərdə tutulur. Qiymət həddinin müəyyən edilməsi ilə bağlı bir sıra ölkələrin razılığının təmin edilməsinin mümkünsüzlüyü, Ağ Evdə bu tədbirin lazımi qaydada razılaşdırılmasa addımın atılması ilə bağlı qorxuya səbəb olub. Belə ki, məhdudiyyət neft qiymətlərində yeni volatilliyə gətirib çıxara bilər. Bayden administrasiyası benzinin qiymətinin artımasının və reytinqlərinin aşağı düşməsinin qarşısını almaq üçün bundan qaçmaq istəyir.

Məqalədə ABŞ-ın hazırda hansı qiymət səviyyəsini nəzərdən keçirdiyi göstərilmir. Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen demişdi ki, Rusiya nefti üçün nəzərdə tutulan qiymət tavanı bir barrel üçün təxminən 60 dollar ola bilər.

Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə bildirib ki, Rusiya qiyməti məhdudlaşdıran ölkələrə enerji resursları (əsasən neft və qaz) ixrac etməyəcək.