SƏNAYE

24 Oktyabr

SOCAR-ın ixrac etdiyi neftin həcmi 7,4% artıb

Cari ilin 3-cü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən ixrac edilən neftin həcmi 7,4% artaraq 4,8 milyon ton6 təşkil edib.

"Fins.az" xəbər verir ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.

Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16% artaraq, 5,2 milyard kubmetr7 olub. SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr8 təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8% artıb.  

Hesabat dövründə ölkə daxilində 2,5 milyard kubmetr9 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.