SƏNAYE

24 Oktyabr

SOCAR-ın qaz hasilatı 1,3 % artıb- HESABAT

SOCAR üzrə 2022-ci ilin üçüncü rübündə 18 min metrdən1 artıq qazma işləri həyata keçirilib.

"Fins.az" xəbər verir ki, hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona2 yaxın neft, 2 milyard kubmetrdən3 artıq qaz hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 % artıb. Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.

2022-ci ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan4 artıq neft, 11 milyard kubmetrə5 yaxın qaz hasil edilib.