2022-ci ilin II rübündə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandan TAP qaz kəməri ilə nəql olunan qaz alışına xərcləri 2,8 milyard avro təşkil edib.
Bu barədə Avropa Komissiyanın (AK) Avropa qaz bazarında vəziyyətə dair məlumatında qeyd olunur.
2022-ci ilin birinci rübündə Aİ-yə üzv ölkələri bu məqsədlə 2,1 milyard avro sərf ediblər. Beləliklə, ikinci rübdə onların Azərbaycandan qaz alışı üçün xərcləri 33,3% artıb.
Ümumilikdə, 2022-ci ilin birinci rübündə Aİ ölkələri Azərbaycandan 4,9 milyard avro məbləğində qaz alıblar.
Məlumata əsasən, 2022-ci ilin aprel-may aylarında İtaliya və Yunanıstan üçün Azərbaycan qazının MVt.s-nın qiyməti 98,19 avro, Bolqarıstan üçün – 86,32 avro olub.