SƏNAYE

17 Oktyabr

Azərbaycanda benzin istehsalı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 885,9 mln. manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,1% azalıb.

Dövlət Statistika Komitəsindən "Fins.az" a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumu istehsalı 3,7% artıb.

Məlumata görə, avtomobil benzininin istehsalı 0,9%, dizel yanacağının istehsalı 23,3%, neft koksunun istehsalı 30,3%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, sürtkü yağlarının istehsalı isə 36,5% azalmışdır.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-sentyabr 2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

906,7

99,1

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

209,4

67,3

Ağ neft, min ton

409,5

108,5

Dizel yanacağı, min ton

1 445,2

76,7

Yanacaq mazutu, min ton

68,4

2,1 dəfə

Sürtkü yağları, min ton

28,4

63,5

Neft bitumu, min ton

285,7

103,7

Neft koksu, min ton

138,2

69,7