Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 3 603,3 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 10,7% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 4 033,8 mln. manat səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.