SƏNAYE

17 Oktyabr

BƏƏ-nin energetika naziri: OPEC+-ın qərarı siyasi deyil, texniki qərardır

BƏƏ-nin energetika və infrastruktur naziri Suheil Əl-Mazrui deyib ki, Vyanada OPEC+ sazişinə qatılan ölkələrin neft hasilatını azaltmaq qərarı siyasi deyil, müstəsna olaraq texniki qərardır.

“OPEC+-nın yekdilliklə təsdiqlənən son qərarı heç bir siyasi motivi olmayan sırf texniki qərar idi”, -o, bazar günü Twitter-də yazıb.

OPEC+ sazişinin üzvü olan ölkələr oktyabrın 5-də Vyanada keçirilən təkbətək görüşdə neft hasilatını noyabr ayından sutkada 2 milyon barel azaltmaq barədə razılığa gəliblər, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. 

Ağ Ev bildirib ki, OPEC+ qərarı Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə koordinasiya etdiyini nümayiş etdirir. ABŞ prezidenti Co Bayden Vaşinqton və Ər-Riyad arasında münasibətlərin yenidən nəzərdən keçirilməsinin zərurəti ilə bağlı fikirlər səsləndirib.