SƏNAYE

13 Oktyabr

ABŞ 2022-2023-cü illərdə Azərbaycanda maye karbohidrogen hasilatı üzrə proqnozları dəyişməyib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2022-2023-cü illərdə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozları sabit saxlayıb.

"Fins.az" xəbər verir ki, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.

İdarənin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,67 milyon barel (sentyabr proqnozu - 0,67 milyon barel) səviyyəsində proqnozlaşdırılır. Cari ilin I rübündə hasilat 0,7 milyon barel, II rübdə 0,67 milyon barel, III rübdə 0,66 milyon barel təşkil edib, IV rübdə 0,66 milyon barel (0,66 milyon barel) həcmində proqnozlaşdırılır.

Proqnozlara görə, 2023-cü ildə Azərbaycanda gündəlik 0,64 milyon barel (sentyabr proqnozu - 0,64 milyon barel) maye karbohidrogen hasil olunacaq.

Gələn ilin I rübündə gündəlik neft hasilatı 0,65 milyon barel (sentyabr proqnozu - 0,65 milyon barel), II rübdə 0,64 milyon barel (0,64 milyon barel), III rübdə 0,63 milyon barel (0,64 milyon barel), IV rübdə 0,64 milyon barel (0,65 milyon barel) səviyyəsində olacaq.

İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2021-ci ildə Azərbaycanda gündəlik 0,72 milyon barel maye karbohidrogen hasil edilib.