SƏNAYE

11 Oktyabr

Neft risklər və böhran xəbərdarlıqları fonunda ucuzlaşır

Çərşənbə axşamı dünya bazarında neft, tənəzzül riskləri və tələblə dair qorxular səbəbindən 2 faizdən çox ucuzlaşıb.

"Fins.az" xəbər verir ki, Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,4% azalaraq bir barelə görə 93,88 dollara, WTI markalı neftin noyabr fyuçersləri 2,6% azalaraq 88,79 dollara düşüb.

Analitiklər bildirir ki, tələbin azalacağına dair narahatlığa görə nrft ucuzlaşır. ABŞ da daxil olmaqla qlobal iqtisadiyyatın çox çətin 2023-cü illə üzləşəcəyi qorxusu səbəbindən bazarlarda risk yenidən artıb.