SƏNAYE

11 Oktyabr

Rusiyanın “Şimal axını” ilə bağlı araşdırmada iştirakına icazə verilmir

İsveç hakimiyyəti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırmada Rusiyanın iştirakını istəmir.

Bu barədə ölkənin keçid hökumətinin baş naziri Maqdalena Andersson məlumat verib.

Andersson qaz kəməri ilə bağlı təhqiqatın konfidensial xarakter daşıdığını bildirib. Eyni zamanda bu araşdırmada digər ölkələrin iştirakının nəzərdə tutulmadığını vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, rusiyalı mütəxəssislər “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı araşdırılmaya buraxılmırlar.