SƏNAYE

10 Oktyabr

“Azərşin” səhmdarlarının iclası keçiriləcək

25 noyabr 2022-ci il tarixində saat 11:00-da “Azərşin” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb. 

Məlumata görə iclasın gündəliyində aşağıdakı məsələlər durur: Ümumi yığıncağın gündəliyinin təsdiq olunması, “Azərşin” ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiqi, Direktorlar (Müşahidə) Şurasının, İcra orqanının və Təftiş komissiyasının formalaşdırılması,Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması

Məlumata görə,ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.