SƏNAYE

06 Oktyabr

İstanbulda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacaq 

İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin rəhbərliyi ilə Azərbaycan-Türkiyə II Enerji Forumu keçirilir.

Forum çərçivəsində hər iki ölkənin enerji nazirləri arasında ikitərəfli görüş keçiriləcək. Görüşdə Enerji Forumu formatında əməkdaşlıq prioritetləri üzrə İşçi qruplarının fəaliyyəti nəzərdən keçiriləcək. Karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə 4 İşçi qrupunun oktyabrın 5-də keçirilmiş görüşlərinin nəticələri barədə müzakirələr aparılacaq. Həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə ediləcək.

Forumda, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Azərenerji” ASC-nin sədr müavini Vüqar Şahmuradov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun departament direktoru Tural Hacılı, BOTAŞ-ın baş direktoru Burhan Özcan, TPAO-nun baş direktoru Melih Han Bilgin, TEİAŞ-ın baş direktoru Orhan Kaldırım, EÜAŞ-ın baş direktoru İzzet Alagöz, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digər qurumların təmsilçiləri çıxış edəcəklər.

Tədbirin yekununda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacaq.

(c)APA