SƏNAYE

04 Oktyabr

Azərbaycan Özbəkistandan əsas kondisioner idxalçısı olub

2022-ci ilin yanvar-avqust aylarında Özbəkistan 53,5 min ədəd kondisioner ixrac edib, Azərbaycan əsas idxalçı olub.

"Fins.az" Özbəkistan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, yanvar-avqust aylarında Azərbayan Özbəkistandan 19,042 min ədəd kondisioner idxal edib. Beləliklə, Azərbayanın payı təxminən 35,5% təşkil edib.

Bütövlükdə, 2022-ci ilin yanvar-avqust aylarında Özbəkistan $20,2 milyon ümumi məbləğdə kondisioner ixrac edib. İxrac 13 ölkəyə həyata keçirilib.