Rusiyanın Avropaya təbii qaz ixracının azalması və tələbatın artması səbəbindən qiymətlərin rekord həddə çatdığı bir vaxtda qlobal qaz bazarlarında sıxlığın 2023-cü ildə də davam edəcəyi proqnozlaşdırılır.
"Fins.az" xəbər verir ki, hesabata görə, 2023-cü ilin fevral ayında Aİ qaz anbarlarının doluluğunun 20 faizdən aşağı düşə biləcəyi proqnozlaşdırılır. LNG idxalı aşağı qalsa, bu nisbət 5%-ə qədər azala bilər.
Beynəlxalq Enerji Agentliyinin (IEA) 2022-ci ilin 4-cü Rübü Qaz Bazarı Hesabatına görə, Rusiyanın Avropaya qaz axınının azalması bazarlarda qiymətləri rekord həddə çatdırıb, ticarət yollarını dəyişib və inkişaf etməkdə olan ölkələrdə yanacaq məhdudiyyətlərinə səbəb olub.
Avropada qaz qiymətlərinin, Asiyada isə mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərinin ilin üçüncü rübündə yeni rekordlar qırması təbii qaza olan tələbatı azaltmış, elektrik enerjisi istehsalında kömür və neft kimi yanacaqlardan istifadəyə səbəb olub.Bəzi inkişaf etməkdə olan ölkələrdə qiymətlərin yüksək olması səbəbindən elektrik enerjisinin kəsilməsi baş verib.
Bu ilin yanvar-avqust dövründə Avropanın təbii qaza tələbatı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10% sənayedə tələbat isə 15% azalıb.
Müəllif:Aynur Qəniyeva