Avropanın mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 2022-ci ildə 60 mlrd. kubmetrdən çox artacaq ki, bu da eyni dövr üçün qlobal LNG ixrac imkanlarını iki qatından çox üstələyir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarına dair rüblük hesabatında bildirilib.
"Bu il Avropaya LNG idxalı 60 mlrd. kubmetrdən çox artacaq, bu da qlobal LNG ixrac imkanlarını iki dəfədən çox üstələyir, buna görə də beynəlxalq LNG ticarəti qısa və orta müddətli güclü təzyiq altında olacaq", - hesabatda deyilir.
Əlavə edilir ki, bu il Asiyaya LNG idxalı keçən ilki göstəricidən aşağı səviyyədə olacaq.
© APA