Eyni zamanda, bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik”.
“Fins.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
“Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik”, - deyə dövlət başçısı qeyd edib.