SƏNAYE

30 Sentyabr

Bu qurum dövlət sektorunda qeyri-neft məhsullarının ixracı üzrə lider olub

2022-ci ilin yanvar-avqust aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $1 milyard 132,7 milyon təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Yanvar-avqust aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($389,4 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($91,1 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısında aşağıdakı şirkətlər də təmsil olunur: “SOCAR Polymer” MMC ($125,7 milyon), “Azəralüminium” MMC ($98,9 milyon), “Azergold” QSC ($63,5 milyon),“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ($50,5 milyon), “Azərenerji” ASC ($35,7 milyon), “Azərbaycan Hava Yolları” QSC ($4,8 milyon), “Azəripək” MMC ($1,3 milyon), Geofizika və Geologiya İdarəsi ($0,8 milyon) və “Naxçıvan MR Dövlət Energetika Xidməti” ($0,6 milyon).