Azərbaycan 2022-ci ilin yanvar-iyul aylarında 185 min 475,32 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 37,1 dəfə çoxdur.
"Fins.az" xəbər verir ki, AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində $211 milyon 642,82 min (artım 88,7 dəfə) təşkil edib.
$154 milyon 791,2 min dəyərində 136 min 693,12 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 73,7%-i) Rusiyadan, qalan həcm Türkmənistandan ($49 milyon 597,21 min dəyərində 42 min 831,33 ton), Qazaxıstandan ($3 milyon 998,18 min dəyərində 3 min 526,29 ton) və Rumıniyadan ($3 milyon 256,24 min dəyərində 2 min 424,57 ton) idxal edilib.
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana AI-92 markalı avtomobil benzini yalnız Gürcüstandan idxal edilib.