SƏNAYE

21 Sentyabr

Almaniya Azərbaycandan neft idxalını 20% artırıb

Azərbaycan bu ilin yanvar-avqust aylarında Almaniyaya 258.5 milyon dollar dəyərində 351 min ton neft ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20.5% az, dəyər baxımından isə 19.6% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycan Almaniyadan 397.1 milyon dollarlıq mal idxal edib.