Sentyabrın 22-dən 29-dək Rusiyanın “Qazprom” şirkəti “Sila Sibiri” (“Sibirin Gücü”) kəməri ilə Çinə qaz nəqlini dayandıracaq.
Fins.az-ın verdiyi xəbərə görə, bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.
"Sentyabrın 22-dən sentyabrın 29-dək “Sila Sibiri” qaz kəmərində planlı təmir işləri aparılacaq. Bu müddət ərzində qaz nəqli müvəqqəti olaraq dayandırılacaq", - paylaşımda bildirilir.
“Qazprom” və Çinin CNPC şirkəti arasında “şərq marşrutu” üzrə qaz alqı-satqısı müqaviləsinə uyğun olaraq, “Sila Sibiri” qaz kəmərinin avadanlıq və sistemlərində ildə iki dəfə (yaz və payızda) profilaktik təmir işləri aparılır.