SƏNAYE

20 Sentyabr

ABŞ strateji ehtiyatdan 10 milyon barel xam neft satacaq

ABŞ administrasiyası strateji neft ehtiyatından 10 milyon barrelə qədər neft satacağını açıqlayıb.
"Fins.az" xəbər verir ki, ABŞ Energetika Nazirliyindən verilən açıqlamada, xam neftin tədarükü üçün yeni satış bildirişinin verildiyi qeyd edilib.

Açıqlamada strateji neft ehtiyatından 10 milyon barrelə qədər neftin noyabr ayından tədarük edilmək üçün satılacağı bildirilib.

Açıqlamada artıq 155 milyon barel neftin satıldığı, növbəti satışla bunun 165 milyon barrelə yüksələcəyi qeyd edilib. Mart ayında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarından 6 ay ərzində gündə 1 milyon barel, ümumilikdə 180 milyon bareldən çox neftin buraxılmasına icazə verib.