Son 14 ildə ən yüksək mənfəətini qazanan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlir əldə etdiyi başlıca ölkələr Azərbaycan,Gürcüstan,Ttürkiyə, İsveçrə,Ukrana, Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya Kaymar adaları ,Malta-dır. Ötən ilin maliyyə hesabatına görə SOCAR 2021-ci ildəəldə etdiyi gəlirlərinin yarıdan çoxunu yəni 58%-ə yaxınını yəni 44 milyard 625 milyon manatını İsveçrədəki fəaliyyətindən əldə edib. SOCAR-a ən çox gəlir qazandıran ikinci ölkə Türkiyədir. 2021-ci ildə toplam 17 milyard 567 milyon mana.Türkiyədə SOCAR-ın ən böyük aktivi Petkim Petrokimya Holding neft- kimya kompleksidir. Azərbaycan ötən il SOCAR-a gəlir gətirən dövlətlər sırasında təxminən 8 milyarad manata yaxın mənfəətlə 3-cüdür. SOCAR-ın 2021-ci il gəlirlərində payı olan ilk 5 –likdəki digər ölkə isə2 milyard 223 milyon manatla Birləşmiş Ərəb Əmirlikləri və 1 milyar 45 milyon manatla Gürcüstandır. Sonrakı yerlərdə Ukrayna , Hollandiya , Malta , Kaymar Adalarıdır. Bundan başqa SOCAR həm də Rumıya , Özbəkistan, Polşa kimi ölkələrdə də fəaliyyət göstərir,.
SOCAR Azərbaycanda ən böyük vergi ödəyicisi olan şirkət hesab olunsa da dövlətin bu şirkətlə bağlı xərcləri hətta bəzən əldə etdiyi mənfəəti də üstələyir. Məsələn 2018-ci ildə büdcə ödənişi 1 milyard 425 milyon manat olmuşdusa büdcədən aldığı vəsait 1 milyarda 486 milyon manat təşkil edirdi. Yəni aldığı vəsait ödədiyindən vəsaitdən 61 milyon manat çox olub. 2020-ci il isə SOCAR üçün nəinki gəlirli olmayıb hətta SOCAR 2020-ci ili zərərlə başa vurub.
Bununla yanaşı qeyd edilməlidir ki, ötən il dövlət ən çox SOCAR –ın borclarını ödəyib. Hesablama Palatasının məlumatına görə şirkət dövləti 215 milyon manat xərcə salıb. Elə ən mənfəətli il hesab olunan 2021-ci ildə SOCAR-ın ümumi borcu daha 4 milyard manat artaraq 21 milyard 366 milyon manat olub. Azərbaycanın daxilində SOCAR-ın borclu olduğu qurumlar arasında Dövlət Neft Fondu ,ABB Bank da var. SOCAR-ın hesabatında göstərilən “Və sair əməliyyat xərcləri”-iin həcmi daha çox olması və konkret olmamağı da diqqəti cəlb edən məqamlar arasındadır.
2021-ci ildə SOCAR ümumi gəliri 77 milyard 500 milyon manat olub, bunun 2 milyard 120 milyon manatı xalis mənfəət hesab olunub. 2021-ci ildə əldə olunan mənfəətdən. Dövlət Büdcəsinə 1 milyard 450 milyon manat ödənilib. Mənfəətin gəlirə deyil ümumi gəlirə nisbətini götürsək SOCAR bu gəlirin 1,9 %-i həcmində Dövlət Büdcəsinə vergi verib.
Müəllif:Aynur Qəniyeva