SƏNAYE

15 Mart

Almaniya hökuməti Qətərlə maye qazın tədarükü ilə bağlı danışıqlara başlayıb

Rusiya qazının Almaniya bazarında payı təxminən 50-55 faiz təşkil edir. Ukraynada başlayan hərbi əməliyyatlar səbəbindən Almaniyanın enerji təhlükəsizliyi ölkə siyasətinin prioritet məsələləri sırasına keçib. Almaniya hökumətinin Qətərlə maye qazın tədarükü ilə bağlı danışıqlara başlaması təəccüblü deyil.

Fins.az xəbər verir ki, artıq Almaniyanın dövlət katibi Yorq Kukis, kanslerin xarici siyasət məsələləri üzrə müşaviri Yens Pletner, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Əl Tani arasında ilk görüş keçirilib.

Qətər Avropanın “Qazprom”dan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq maye qazın əsas təchizatçısı hesab olunur.

© azertac