SƏNAYE

19 Avqust

Ölkədə istehlak edilmiş təbii qazın neçə faizi əhaliyə satılıb?

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17409,9 milyon kub metr təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,ehtiyatların 86,1 faizi hasilatın, 13,9 faizi qalığın hesabına formalaşıb. Təbii qazın  35,8 faizi istehlak, 51,7 faizi ixrac olunmuş, 2,8 faizi itkiyə getmiş, 9,7 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 37,8 faizi isə əhaliyə satılıb.