SƏNAYE

18 Avqust

Azərbaycanda elektrik enerjisinin istehsalı ARTIB

2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVt·st, ixracı 153,5 mln. kVt·st, idxalı 11,2 mln. kVt·st olub.

Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 244,2 mln. kVt·st, ixrac 46,0 mln. kVt·st artıb, idxal isə 1,5 mln. kVt·st azalıb.

Müəllif:Aynur Qəniyeva