SƏNAYE

11 Avqust

ABŞ, neftin qiyməti proqnozunu azaltdı

ABŞ Energetika Nazirliyi 2021-ci ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir qədər aşağı salıb - bir barel üçün 68,78 dollardan 68,71 dollara. 

Fins.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsinin (EIA) hesabatında deyilir.

Eyni zamanda Nazirlik 2021-ci ilin avqustundan noyabrına qədər Brent markalı neftin qiymətinin orta hesabla 72 dollar / barel olacağını gözləyir. Nazirliyə görə, 2022-ci ildə OPEC + ölkələri tərəfindən neft hasilatında artımın davam etməsi fonunda Brent neftinin qiyməti 66 dollar / barelə enəcək.

WTI xam neftinin qiymətinin isə 2021-ci ildə bir barel üçün 65,93 dollar, 2022-ci ildə 62,37 dollar olacağı proqnozlaşdırılır.

Bundan əlavə, ABŞ Enerji Nazirliyi 2021-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu bir qədər - 20 min barel artıraraq gündəlik 11,12 milyon barrel təşkil edəcəyini gözləyir. 2022-ci ildə gözlənilən hasilat həcmi proqnozu 80 min barel azaldılaraq gündəlik 11,77 milyon barrelə endirilib.

Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 70,40 dollardan ticarət olunub.