SƏNAYE

05 Avqust

“Azəriqaz”ın növbəti "Açıq mikrofon" aksiyası bu tarixdə keçiriləcək

Avqustun 9-da Abşeron rayonu, Novxanı kəndi, yeni yaşayış massivində (Novxanı stansiyasının yanında) “Azəriqaz” İB növbəti “Açıq mikrofon” aksiyasını reallaşdıracaq.

Fins.az xəbər verir ki, “Səyyar qəbul otaqları”mız vətəndaşların rahat şəkildə öz problemlərini səsləndirməsi üçün saat 10:00-dan 13:00-a qədər hazır vəziyyətdə olacaq. “Açıq mikrofon” vasitəsi ilə səsləndirilən problem və təkliflər “Azəriqaz” İB-nin rəhbərliyi tərəfindən araşdırılacaq və həlli istiqamətində müvafiq göstərişlər veriləcək. Burada məqsəd vətəndaş məmnunluğuna maksimum dərəcədə nail olmaqdır. Bildiyimiz kimi, Cənab Prezident hər fürsətdə bəyan edir ki, hər bir dövlət qurumunun, hər bir məmurun ən ali işi vətəndaş məmnunluğunu təmin etməkdən ibarət olmalıdır.

“Səyyar qəbul otaqları”nın təşkili məhz bu tapşırığa uyğun şəkildə, mütəmadi olaraq təşkil olunacaq, problemlərin operativ həllinə xidmət edəcək.