SƏNAYE

03 Avqust

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, energetika naziri Pərviz Şahbazov videoformatda vətəndaşları qəbul edib. 
Fins.az xəbər verir ki, Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. 
Müraciətlər əsasən, təbii qaz təchizatı ilə bağlı texniki şərtin verilməsi, işlə təminat və digər məsələləri əhatə edib. 
Qəbul zamanı qaldırılan məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. 
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2021-ci il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.