SƏNAYE

02 Avqust

Mikayıl Cabbarovdan “AzerGold”-la bağlı AÇIQLAMA

Dövlət başçısı İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrə olunmuş Regional Emal Sahəsinə və“Mərəh” qızıl mədəninə diqqəti qeyri neft sektorunun əsas sahələrindən olan dağmədən sənaye-sinə verilən böyük önəmin göstəricisidir.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yayımlayıb.

O bildirib ki, bu sahənin inkişafında xüsusi rolu olan “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 mlrd. manat həcmində töhfənin verilməsi,16 minə yaxın işçinin cəlb edilməsi proqnozlaşdırılır.

Müəllif:Aynur Qəniyeva